Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

XİN: Məcburi köçkünlərin sayı bir milyonu keçib

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 20 iyun Dünya Qaçqınlar günü ilə əlaqədar açıqlama yayıb.

Mynews.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, hər il 20 iyun BMT tərəfindən Dünya Qaçqınlar günü kimi qeyd olunur:

“BMT-nin Baş Katibi Antonio Quterreşin Baş Assambleyanın 72-ci sessiyasında bildirdiyi kimi “qaçqınlar, məcburi köçkünlər və miqrantlar əsl problem deyil, problemin kökü münaqişədə, təqibdə və ümidsiz yoxsulluqdur”.

Qaçqınlar və miqrantların problemləri ilə bərabər münaqişələr səbəbindən təhlükələrə məruz qalan və dünyanın müxtəlif hissələrində acınacaqlı şəraitdə yaşamalı olan kişi, qadın və uşaqlardan ibarət milyonlarla məcburi köçkün də var.

BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının məlumatına görə bütün dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə, 41 milyon nəfərə çatıb”.

O, qeyd edib ki, Azərbaycan  da adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən biridir və hazırda Azərbaycanda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib.

“Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı və nəticə etibarilə, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və öz mülkiyyət hüquqlarından istifadə etməsi təmin olunmalıdır.

Yalnız bu halda münaqişənin davamlı həlli və regionda sülh və sabitliyin təmin olunması mümkündür”, - deyə H.Hacıyev açıqlamasında qeyd edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...