Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı hərbi paradda nə göstərəcək: Bell-412-dən LORA-ya kimi - FOTO

Bakıda keçiriləcək hərbi paradda ilk dəfə olaraq bu günə kimi nümayiş olunmayan yeni texnikalar dünyaya göstəriləcək.

Mynews.az-ın məlumatına görə, bu sözləri Oxu.Az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. 

O bildirib ki, ilk növbədə Azərbaycan Hərbi Hava Qüvvələrinə verilən ABŞ istehsalı Bell-412 helikopterlərini qeyd etmək lazımdır. 

“Bell-412-dən başqa biz paradda Mi-24, Mi-24Q, Mi-35 helikopterlərini, Mi-17 nəqliyyat və K-27 axtarış helikopterlərini görəcəyik. Bu helikopterlərlə bağlı biz artıq məlumatlıyıq. Bell-412 isə sürprizdir. Bu helikopter yalnız İtaliya və Azərbaycanda istifadə edilir”, - ekspert qeyd edib. 

Onun sözlərinə görə, bu helikopterin özəlliyi ondadır ki, ekipaj iki pilotdan ibarətdir və 14 nəfərlik şəxsi heyəti daşıya bilir. 

“Bu helikopter digərlərindən uçuş sürətinə görə fərqlənir. Bu döyüş maşınının dəyəri üç milyon dollardır”, - Cəfərov əlavə edib. 

Hərbi ekspert paradda nümayiş etdiriləcək bəzi texnikalardan danışıb:

“Bir neçə gün sonra Bakıda keçiriləcək paradda sözügedən texnikalardan başqa müxtəlif raket kompleksləri, təyyarələr, həmçinin yerli istehsal olan hərbi texnika nümayiş olunacaq.

Azərbaycan ordusunun silahlanmasına daxil edilən Belarus istehsalı “Polonez” və İsrail istehsalı “Lora” komplekslərinin meydanda görünməsi də gözlənilir”.

O bildirib ki, dörd gündən sonra Azərbaycan hərbi qüdrətini paradda nümayiş etdirəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...