Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Səyavuş Heydərov: "Azərbaycançılıq fəlsəfəmizdə Vətən uğrunda ölənlər şəhid hesab olunur"

“Yad dini ideologiyaların təsirinə məruz qalmış, onların apardıqları döyüşlərdə ölmüş, öldürülmüş şəxsləri də bəzən şəhid adlandırırlar. Bu, düzgün deyil”.

Mynews.az-ın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, həmin şəxslərin heç birinin amalında şəhidlik yoxdur: "Bu məsələdə anlaqlı olmaq lazımdır. "Qurani-Kərim"də bu məsələ aydın ifadə olunub. Azərbaycançılıq fəlsəfəmizdə Vətən uğrunda ölənlər şəhid hesab olunur. Hər bir kəs özünə arzulayar ki, o səviyyəyə çatsın. Qəhrəman kimi dünyasını dəyişmək ən böyük varlıq, nemətdir".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...