Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

AŞPA yenidən “siyasi məhbus” məsələsi üzrə məruzəçi təyin etdi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq məsələləri və insan haqları komitəsində“Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin edilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Mynews.az-a bildiriblər ki, adıçəkilən komitənin iclasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edib və iclasda islandiyalı Thorhildur Sunna Evarsdottir hesabatı hazırlamaq üçün məruzəçi təyin olunub. 

“Məruzəçinin təyin olunması isə bütövlükdə Azərbaycan nümayəndə heyətinin üzvləri tərəfindən xoş, müsbət qarşılanmayıb. Çünki Azərbaycanda belə bir problem yoxdur. Azərbaycanda hər kəs mövqeyindən, düşüncəsindən asılı olmayaraq, azad, sərbəst şəkildə fəaliyyət göstərir.

Kimlər ki cəzalandırılır, onlar da törətdiklərə əməllərə görə qanun qarşısında cavab verirlər, cəza alırlar, yəni, kimisə siyasi mövqeyinə, siyasi əqidəsinə görə cəzalandırmırlar. Odur ki, belə bir məsələ heç bir birimiz tərəfindən xoş və müsbəət qarşılanmır, bu, yenə də ikili standartların göstəricisidir”.

Bunu isə adının açıqlanmasını istəməyən AŞPA-dakı mənbə saytımıza açıqlamasında bildirib. 

Qeyd edək ki,T. S. Evarsdottir İslandiyanın Pirat Partiyasını təmsil edir, hüquqşünas, insan haqları müdafiəçisi və jurnalistdir.

Qeyd edək ki, hesabatın hazırlanması təşəbbüsü hollandiyalı Piter Omtzigt tərəfindən irəli sürülüb və məruzənin hazırlanmasına dair qərar Büro tərəfindən verilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...