Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan Ordusunun 100 illiyi qeyd olunur - FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü paytaxt Bakının Azadlıq meydanında Quru Qoşunları, həmçinin hava və dəniz qüvvələrinin iştirak etdiyi təntənəli hərbi paradla qeyd olunub. Türkiyəni tədbirlərdə müdafiə naziri Nurettin Canikli ilə Baş Qərargah rəisi general Hulusi Akar təmsil ediblər.

Azərbaycanın müstəqillik əldə etməsindən sonra 5-ci dəfədir təşkil olunmuş parada prezident İlham Əliyev, müdafiə naziri Zakir Həsənov, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı, Rusiya və Ukraynadan siyasi və hərbi nümayəndələr də qatılıblar. Türkiyəni tədbirdə müdafiə naziri Nurettin Canikli ilə Baş Qərargah rəisi general Hulusi Akar təmsil ediblər.

Tədbir prezident İlham Əliyevin hərbi paradda iştirak edən şəxsi heyəti salamlaması və Azərbaycanın dövlət himninin oxunması ilə başlayıb. Əliyev paraddakı çıxışında ölkə torpaqlarının bir hissəsinin Ermənistanın işğalı altında olduğunu, müharibə şəraitində yaşadıqlarını xatırladıb, bu üzdən də ordunun gücləndirilməsinə xüsusi diqqət ayırdıqlarını bildirib. Bu gün əsas vəzifələrinin ölkənin ərazi bütövlüyünü təmin etmək olduğunu vurğulayan Əliyev deyib: "Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Azərbaycan işğalla heç vaxt barışmayacaq. Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilib. Bu gün silahlarımızın kiçik bir hissəsi paradda nümayiş etdiriləcək. Biz bundan sonra da ən müasir silah və texnika alacağıq. Azərbaycan Ordusu düşmənin bütün hərbi obyektlərini məhv etmək gücündədir. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək".

İlham Əliyevin nitqindən sonra Müdafiə Nazirliyinə bağlı bölüklər, beynəlxalq sülhməramlı missiyalarda xidmət edən əsgərlər, xüsusi təyinatlı qüvvələr, dəniz piyadaları, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları, Daxili Qoşunlar, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti və  Ali Hərbi Məktəbin parad heyəti növbə ilə tribunanın qarşısından keçib. Paradda Türkiyənin Quru Qoşunlarına məxsus hərbçilər də iştirak edib.

Şəxsi heyətin ardından Azərbaycan Ordusunun sahib olduğu tanklar, zirehli texnika, reaktiv sistemlər və toplar nümayiş etdirilib. Hərbi paradda Azərbaycanın ABŞ-dan aldığı "Bell 412" vertolyotları, Türkiyədən alınmış və "Roketsan"ın istehsal etdiyi "SOM B1" reaktiv qurğuları, Belarus istehsalı olan "Polonez", İsrail istehsalı olan "Lora" uzaqmənzilli reaktiv sistemlər, həmçinin İsrail istehsalı olan "Heron TP" və "Hermes 450" pilotsuz uçuş aparatları ilk dəfə göstərilib.

Daha əvvəlki paradlarla müqayisədə daha təntənəli keçən tədbirdə ümumilikdə 4 min şəxsi heyət üzvü, 240 zirehli texnika və reaktiv mərmi sitemi, 70-dən çox hərbi təyyarə və vertolyot iştirak edib.

Azərbaycan Hərbi Hava Qüvvələri təyyarə və vertolyotlarının Bakı səmasında göstədiyi manevrlər xüsusi maraqla qarşılanıb. Vertolyotların manevrləri, havada açılan Azərbaycan bayrağı və hərbi təyyarələrin uçuş zamanı Azərbaycan bayrağının rənglərində iz buraxması vətəndaşlar tərəfindən uzun müddət alqışlanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...