Hikmət Hacıyev: "Azərbaycanda keçirilmiş hərbi parad Ermənistan rəhbərliyində ciddi təlaş yaradıb"
“Göründüyü kimi, Azərbaycanda keçirilmiş hərbi parad Ermənistan rəhbərliyində, xüsusilə Ermənistan XİN və Müdafiə Nazirliyində ciddi təlaş yaradıb. Ermənistan xarici işlər nazirinin və indiyə qədər hər hansı məzmunlu bəyanatını eşitmədiyimiz Ermənistanın XİN-nin sözçüsünün "Twitter" və ya klaviatura fəaliyyəti bunun daha bir göstəricisidir”.
Bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın sözlərinə cavab olaraq deyib.
H. Hacıyev qeyd edib ki, Sarkisyan rejiminin tör-töküntüsü olan Ermənistan XİN-nin mətbuat katibinin canfəşanlığının səbəbi ola bilər ki, öz vəzifəsini itirməkdən qorxmasıdır: “Bilavasitə Ermənistan xalqının düşməni olan Sarkisyanın hərbi xunta rejiminə xidmət edən və vaxtilə Sarkisyanı klaviatura diplomatiyası vasitəsilə vəsf edən bir mətbuat katibindən başqa bir şey gözləməyə dəyməz. Ona görə də erməni həmkarımın Kiplinqin "Mauqli" əsərində Şirxanın dostu olan personaja tez-tez müraciət etməsini başa düşmək elə də çətin deyil. Hər bir Azərbaycan vətəndaşı 26 iyun tarixində ölkəmizdə keçirilən hərbi parad, Ali Baş Komandanın orada çıxışı ilə qürur duydu. Ermənistan Azərbaycan ordusunun qüdrəti və əməliyyat imkanlarının günbəgün artmasından narahat olmaq istəmirsə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarsın və işğala son qoysun”.
H. Hacıyev fürsətdən istifadə edərək Ermənistan XİN-də olan həmkarlarına, xüsusilə mətbuat katibinə tövsiyəsini də çatdırıb: “Tövsiyə edərdim ki, digər ölkələrdən nümunə götürərək peşəkarlığınız üzərində çalışın və özünüzü gülünc vəziyyətə qoymaqda davam etməyin. Sərsəm və məntiqsiz açıqlamaları şərh etmək bizim üçün də çətin olur”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 906 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 590 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 582 dəfə oxunub