Bakı “Leopard” tanklarının istehsalçıları ilə danışıqlara başladı

Almaniyanın “Rheinmetall” müdafiə konserni Azərbaycanla müqavilə bağlamaq niyyətindədir.
İyunun ortalarında alman şirkətinin nümayəndələri Con Teylor və Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov (Y.Camalov bir neçə gün öncə vəfat edib. – red.) gələcəkdə ikitərəfli əməkdaşlıqla bağlı bəyannamə imzalayıblar.
İmzalanma mərasimi Paris yaxınlığında keçirilən “Eurosatory” müdafiə sənayesi sərgisində baş tutub.
İriçaplı silah və zirehli maşınlar istehsal edən “Düsseldrof” şirkəti bəyan edib ki, keçmiş sovet ölkəsi ilə heç bir əlaqələrə malik deyil, ixrac nəzarəti keçməyəcək və ya silah ixracına embarqo tətbiq etməyəcək.
“Razılaşmada deyilir ki, ancaq embarqo altına düşməyən hərbi texnikaların satışı nəzərdə tutulub”, - alman şirkəti bildirib.
Xatırladaq ki, 1992-ci ildə ATƏT Azərbaycan və Ermənistana silah və hərbi sursat satışına embarqo qoyulması haqqında qərar qəbul edib.
“Rheinmetall” şirkəti müxtəlif növ hərbi texnikalar, iri çapılı artilleriya sistemləri və digər silahların istehsalı ilə məşğuldur. Bu şirkət həmçinin, “Leopard”, “БТР Boxer GTK”, “BMP Puma” kimi əfsanəvi tanklar istehsal edir.
(OXU.AZ)
Siyasət
- Vidadi İskəndərlinin barəmdə dedikləri şər, böhtan və qərəzdir - VİDEO
- Prezident vacib qanun imzaladı
- "Azərbaycanda ən müasir standartlara cavab verən böyük sənaye müəssisəsi yaradılıb" - İlham Əliyev
- "Azərbaycanda ən müasir standartlara cavab verən böyük sənaye müəssisəsi yaradılıb" - İlham Əliyev
- Ermənilər Azərbaycan sərhədini atəşə tutdular - Ekskavator snayperin hədəfində
- Prezident Putinə başsağlığı verdi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- "Onu yatılı qoyub efirə gəlmişəm" - - Şəbnəm Hacıdan danışdı 958 dəfə oxunub
- Bakıda “Porsche” ilə dəhşətli qəza törədən kimdir - - Ölən şəxsin adı məlum oldu 935 dəfə oxunub
- Qarlı hava şəraiti nə qədər davam edəcək? - - AÇIQLAMA 927 dəfə oxunub
- Dəm qazı məktəbli qızın canını aldı - Azərbaycanda 926 dəfə oxunub
- Fədayə yenidən hakim qarşısına çıxacaq 925 dəfə oxunub