Azərbaycan “neytral ərazini” azad edib? - Polkovnikdən təfərrüat
Bəziləri Naxçıvanda işğaldan azad olunan ərazilərin – Günnüt və Qızılqayanın neytral zona olduğunu deyir. Amma onlar bilmir ki, düşmən dövlətlər arasında neytral ərazi olmur. O torpaq ya sənindir, ya da işğal altındadır.
Mynews.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik İlqar Əliyev deyib. O bildirib ki, Azərbaycan ordumuzun 100 illiyi münasibəti ilə keçirilən paradla həm Ermənistana, həm də onun havadarlarına bir mesaj verdi:
"Azərbaycan hər an Qarabağda müharibəyə başlaya bilər. Sadəcə ölkəmiz özünün humanist prinsiplərinə uyğun olaraq, sülh danışıqlarının nəticəsini gözləyir. Amma bu gözləmə çox uzun çəkə bilməz. Nümayiş olunan yeni hərbi silah və texnika Azərbaycan ordusunun döyüş potensialı və zərbə gücünün göstəriciləridir. Azərbaycan gələcəkdə yeni alınmış silahlarla müharibəyə başlamazdan əvvəl Ermənistanan elə bir sarsıdıcı zərbə vura bilər ki, Azərbaycan əsgəri boş torpağa ayaq basar. "Yandırılmış torpaq” taktikasına uyğun şəkildə Azərbaycan müharibəni aparmağa hazırlaşır. Belə ki, əgər biz müharibə etsək, bu, uzunmüddətli yox, qısa, ildırımsürətli müharibə olacaq”.
Polkovnik vurğulayıb ki, Azərbaycanın aldığı yeni silahlar, xüsusilə, "Polonez” və "Lora” kompleksləri Ermənistanın bütün əməliyyat ordusunun istənilən hədəfini məhv etməyə qadirdir:
"Azərbaycanın artıq qətiyyətli əməliyyatlarının sayı artmaqdadır. Bu əməliyyatlar Ermənistana mesajdır ki, Azərbaycan öz torpaqlarını istənilən vaxt işğaldan azad edə bilər”.
Polkovnik Naxçıvan əməliyyatları nəticəsində işğaldan azad olunmuş torpaqları neytral zona adlandıranlara da münasibət bildirib:
"Düşmən olan iki dövlət arasında neytral torpaq anlayışı yoxdur. Bu müddətə qədər həmin ərazilər Ermənistanın işğalı və nəzarəti altında idi. Naxçıvan əməliyyatlarından sonra isə həmin torpaqlar tamamilə Azərbaycanın nəzarətinə keçdi. Bununla Azərbaycan ordusu ermənilərin bir çox strateji obyektlərini, infrastrukturlarını və Qarabağa gedən yollarını öz nəzarətinə keçirdi”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1003 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 963 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 953 dəfə oxunub