İlham Əliyev iranlı naziri qəbul edib
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 13-də İran İslam Respublikasının səhiyyə, müalicə və tibbi təhsil naziri Həsən Qazizadə Haşiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mynews.az xəbər verir ki, nazir Həsən Qazizadə Haşimi İran Prezidenti Həsən Ruhaninin salamlarını dövlət başçısına çatdırıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin səyləri nəticəsində iki ölkə arasında ikitərəfli münasibətlər gündən-günə güclənir və möhkəmlənir.
Dövlət başçısı Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Prezident Həsən Ruhani ilə görüşlərini məmnunluqla xatırlayaraq qeyd edib ki, bu görüşlər zamanı səhiyyə sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib və bununla bağlı işlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar da verilib. Dövlət başçısı İran İslam Respublikasının səhiyyə, müalicə və tibbi təhsil naziri Həsən Qazizadə Haşiminın Azərbaycana səfərinin ölkələrimizin səhiyyə sahəsində əməkdaşlığının genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident Həsən Ruhaniyə çatdırmağı xahiş edib.
Siyasət
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
- Prezident xalqa müraciət edir - CANLI
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı 1089 dəfə oxunub
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA 1074 dəfə oxunub
- Məktəb direktoru işdən çıxarıldı 1074 dəfə oxunub
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi 1024 dəfə oxunub
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..." 1016 dəfə oxunub