"Fransada imzalanan müqavilələr Prezident İlham Əliyevin xarici iqtisadi siyasətinin növbəti qələbəsidir"
Prezident İlham Əliyevin Fransaya səfəri çərçivəsində imzalanan çoxsaylı müqavilələr dövlət başçısının xarici iqtisadi siyasətinin növbəti qələbəsidir.
Mynews.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.
Deputat bildirib ki, ermənilərin ən güclü lobbilərindən biri Fransada fəaliyyət göstərir və bu fonda Azərbaycanla Fransa şirkətləri arasında dəyəri iki milyard dollardan artıq olan saziş və müqavilələrin imzalanması, əlbəttə ki, böyük uğurdur:
"Fransa iqtisadi gücünə görə Avropa ölkələrinin üçlüyünə daxildir. Fransa şirkətləri Avropada, ümumilikdə dünyada öz sahələrində ən inkişaf etmiş şirkətlərdən hesab olunur. Bu baxımdan imzalanmış saziş və müqavilələr iki ölkəyə bir-birini daha yaxından tanımağa imkan verir. Digər tərəfdən, bu əməkdaşlıq Bakı ilə daha dərin və yaxın əməkdaşlıq etmək istəyən digər Avropa ölkələri üçün bir nümunə olacaq".
Onun sözlərinə görə, Avropa ölkələri Azərbaycana postsovet məkanının daha sabit ölkəsi kimi böyük inam və etimadla yanaşırlar:
"Azərbaycan daim beynəlxalq arenada qarşısında qoyduğu tapşırıqları yerinə yetirir. Bakı dəfələrlə bunu sübut edib, xüsusilə böyük nəqliyyat-logistika və enerji layihələrinin həyata keçirilməsi bunun bariz nümunəsidir. Bütün dünya Azərbaycanın daimi və etibarlı tərəfdaş tərəfdaş olmasına daha çox inanır".
R.Quliyev bildirib ki, bunun nəticəsində Azərbaycanın beynəlxalq arenada çəkisi daha da artır:
"Göründüyü kimi, Prezident İlham Əliyevin son görüşləri Azərbaycanın xarici iqtisadi potensialını gücləndirməyə yönəlib. Bu cür iqtisadi uğurlarla Azərbaycan daha böyük siyasi gücə nail olur".
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1140 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1128 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1128 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1126 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1014 dəfə oxunub