Ekspert: "Azərbaycan dözümlülük prinsipinin nə qədər yüksək səviyyədə olduğunu sübut edir"
Azərbaycanda "Jara" festivalının keçirilməsini, ilk növbədə, ölkəmizin mədəniyyət sahəsində əldə etdiyi uğur kimi qiymətləndirmək lazımdır. Belə ki, bu festivalda bir çox tanınmış xarici estrada ulduzlarının iştirakı, Azərbaycanın tanıdılması, ölkəmizin tolerant və multikultural dəyərləri istiqamətində atılan əhəmiyyətli addımdır.
Mynews.az xəbər verir ki, bu fikirləri Trend-ə ekspert Bəhruz Quliyev erməni əsilli Zara Mqoyanın "Jara" festivalında iştirak etməsinə münasibətini açıqlayarkən deyib.
Onun sözlərinə görə, adıçəkilən müğənni festival çərçivəsində Azərbaycan dilində mahnı da ifa edəcək və bu addım bilavasitə bir erməni əsilli mədəniyyət nümayəndəsinin Azərbaycanın həqiqətlərinin təbliğində rol alması kimi də dəyərləndirilə bilər:
"Kimsəyə sirr deyil ki, təkcə Azərbaycanda 30 minə yaxın erməni əsilli yaşayır, Ermənistan isə demək olar ki, ermənilərdən ibarət olan bir ölkədir. Əlbəttə, əgər nəzərə alsaq ki, Ermənistan monoetnik dövlətdir və orada yaşayan əhalinin 95 faizi ermənidir, bu zaman Azərbaycanda sülhpərvər və dözümlülük prinsipinin nə qədər yüksək səviyyədə olduğunun şahidi olarıq".
Ekspert son olaraq vurğulayıb ki, siyasətlə mədəniyyəti qarışdırmaq doğru seçim deyil: "Siyasətlə siyasətçilər məşğul olurlar. Mədəniyyət isə insanlara xoş ovqat bəxş edən bir sahədir. "Jara" festivalı da artıq bir ənənə şəklini alaraq, ən tanınmış mədəniyyət ulduzlarının Bakıya gəlməsini təmin edir. Hesab edirəm ki, bu dəfə keçirilən festival da dünyanın diqqətində olacaq və ölkəmizin adı növbəti dəfə yüksəklərə ucalacaq".
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 560 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 551 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 198 dəfə oxunub