Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Bəzi kəndləri terrorçulardan azad etmişik” - Ərdoğan

“PKK terror təşkilatının Suriya qolu olan PYD və onun silahlı qanadı YPG Türkiyənin icazəsi olmadan addım ata bilməz”.

Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prrezidenti Rəcəb Tayyib Ərdoğan “ATV” telekanalında “A xəbər” proqramında çıxışı zamanı bildirib.

“Son dövrlər terrorla mübarizədə çox fərqli bir mövqeyə çatmışıq. Əsgərlərimizin, polisiminizin alnından öpürəm. Son bir neçə ay ərzində ağla gələ bilməyəcək əməliyyatlar keçirdilər. Ümid edirəm ki, YPG Menbiç şəhərini də tərk edər və yerli xalq ora köçər.

Biz artıq mübarizə məsələsində həm masada, həm də döyüşdə varıq. Bunları prezidentlik sistemiylə daha sürətli görəcəyik. PYD/YPG-nin muxtariyyətlə bağlı elanı tamamilə nağıldır. Türkiyənin icazəsi olmadan addım ata bilməzlər. Menbiçin ətrafındakı bəzi kəndləri azad etmişik. Davam edirik”, - deyə Ərdoğan bildirib.

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...