Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prezident Neftçalada istehsal olunan avtomobili sürdü - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi keçirilib.

Mynews.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Ölkə başçısı mənzillərin sənədlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib. Daha sonra prezident 136 vətəndaşa verilən "Khazar LX” avtomobilini idarə edib.

Qeyd edək ki, "Khazar LX” avtomobilləri Neftçala Sənaye Parkında fəaliyyət göstərən "Azərmaş” MMC tərəfindən istehsal olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...