Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Polis Akademiyasına kursant qəbulu elan edildi

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir.

Dövlət İmtahan Mərkəzindən Mynews.az-a verilən məlumata görə, müsabiqədə DİN-in Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan verən, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməyən 200 və daha yuxarı bal toplayan abituriyentlər iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər avqustun 6-dək Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı ş., Binəqədi rayonu, Q.Musabəyov küç.,4) müraciət etməlidirlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...