Zakir Həsənovdan hərbçilərə təbrik
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Mynews.az xəbər verir ki, təbrikdə deyilir: “Müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram. Mütərəqqi islami dəyər və ənənələrin uca tutulduğu Azərbaycanda dövlət səviyyəsində, ümumxalq bayramı kimi qeyd olunan müqəddəs Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizm, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsidir.
Azərbaycana rəhbərliyinin bütün dövrlərində ümummilli lider Heydər Əliyevin apardığı dövlət quruculuğu siyasəti, azərbaycançılıq ideyası milli-mənəvi amilləri yüksək tutaraq adət-ənənələrimizin, islami və bəşəri dəyərlərin qorunub saxlanmasına xidmət edib”.
Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət nəticəsində dövlətçiliyimizin iqtisadi dayaqlarının daha da möhkəmləndiyinin qeyd olunduğu təbrik məktubunda vurğulanıb ki, Azərbaycan demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər əldə edib, ölkəmiz islami və bəşəri, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, humanist, tolerant dövlət olaraq dünyada şöhrət qazanıb.
“Ali Baş Komandan tərəfindən atılan inamlı addımlar sayəsində ölkəmizin müdafiə qüdrəti qürurverici səviyyədə artıb. Ordumuzun 2016-cı ilin aprelində Dağlıq Qarabağda, cari ilin mayında Naxçıvanda keçirdiyi uğurlu əks-həmlə əməliyyatları nəticəsində ərazilərimizin bir qisminin düşmən işğalından azad olunması və Azərbaycan Ordusunun 100 illik yubileyi ilə əlaqədar möhtəşəm hərbi paradın keçirilməsi bu qüdrətin bariz nümunəsidir.
Bu müqəddəs bayram günündə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini hörmətlə yad edir, onların ailə üzvlərini və yaxınlarını, bu yolda sağlamlığını itirmiş silahdaşlarımızı və əziz veteranları da Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm”, - deyə müdafiə nazirinin təbrikində xüsusi vurğulanıb.
Təbrik məktubunda əminliklə bildirilib ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalan şəxsi heyət döyüş və mənəvi-psixoloji hazırlığını daha da artıraraq Ali Baş Komandanın rəhbərliyi altında hər an döyüşlərə hazır olacaq.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 967 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 930 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 921 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 920 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 918 dəfə oxunub