Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Angela Merkel Azərbaycana səfərə gəlib - YENİLƏNİB - FOTOLAR

Avqustun 25-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının federal kansleri xanım Angela Merkelin birgə mətbuat konfransı olub.

Mynews.az xəbər verir ki, bu haqda prezidentin mətbuat xidməti məlumat yayıb.

13:11

Avqustun 25-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının federal kansleri xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Mynews.az xəbər verir ki, Azərbaycan prezidenti və Almaniyanın federal kansleri görüşdə çıxış ediblər.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan prezidenti İlham Əliyevin adından Almaniyanın federal kansleri Angela Merkelin şərəfinə nahar verilib.

10:45

Avqustun 25-də rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının federal kansleri xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Mynews.az xəbər verir ki, Azərbaycan prezidenti və Almaniyanın federal kansleri görüşdə çıxış ediblər.

10:28

Azərbaycan Respublikasına səfərə gələn Almaniya Federativ Respublikasının federal kansleri xanım Angela Merkelin avqustun 25-də rəsmi qarşılanma mərasimi olub.

Mynews.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Almaniyanın Federal Kanslerinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın federal kansleri Angela Merkeli qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Almaniyanın federal kanslerinə raport verib. Prezident İlham Əliyev və Federal Kansler Angela Merkel fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Almaniyanın Federal Kansleri Azərbaycan əsgərlərini salamlayıb. Almaniya Federativ Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri federal kansler Angela Merkelə, Almaniya Federativ Respublikasının nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və Almaniyanın federal kansleri Angela Merkelin qarşısından keçib.

Azərbaycan prezidenti və Almaniyanın federal kansleri rəsmi foto çəkdiriblər. 

10:22

Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel avqustun 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

Mynews.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Almaniyanın Kansleri Angela Merkeli hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...