Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zaxarova Rusiya və Azərbaycan münasibətləri barədə

Rusiya və Azərbaycan arasında bütün sahələrdə əlaqələr inkişaf edir. 

Mynews.az xəbər verir ki, bu fikirləri “Moskva-Baku”nun müxbirinin sualını cavablandırarkən Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib. 

“Dövlətlərimiz arasındakı əlaqələrdə ən əhəmiyyətli müvəffəqiyyət tamformatlı qarşılıqlı fəaliyyətdir. Burada ən vacib məsələni fərqləndirmək olmaz. Ən əsası odur ki, bütün istiqamətlər inkişaf edir. Humanitar, siyasi, iqtisadi... Mənə elə gəlir ki, bu vəziyyətdə hər hansı komponenti ayırmaq imkansızdır. Və bu, münasibətlərdə müsbət tendensiya və faktordur”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...