Hərbi hissələrdən birində yeni inşa edilən qarovul binasının açılışı olub - FOTOLAR
Azərbaycan Ordusunda əsaslı təmir-tikinti və yenidənqurma işlərinin aparılması ilə bağlı plana əsasən hərbi hissələrdən birində yeni inşa edilən qarovul binasının açılışı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, açılışda çıxış edən Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini – MTT qərargahının rəisi, polkovnik Qədir Nəsibov bildirib ki, qarovul binası qısa müddət ərzində müasir standartlara uyğun inşa olunub. Burada qarovul xidmətinin yüksək səviyyədə təşkil olunması və aparılması üçün hərtərəfli şərait yaradılıb. Təyinatına uyğun olaraq zəruri inventar və avadanlıqla təmin edilən mətbəx, yeməkxana, istirahət otağı, paltar qurutma yeri, eləcə də təhlükəsizlik qaydaları tələblərinə cavab verən silah-sursat saxlancı da hərbi qulluqçuların istifadəsinə verilib.
Binaya istilik sistemi, isti və soyuq su çəkilib, siqnalizasiya və yanğın əleyhinə sistemlər quraşdırılıb.
Ərazi hər tərəfdən metal çərçivə ilə əhatə olunub, abadlıq və quruculuq tədbirləri görülüb, asfalt örtüyü döşənib və yaşıllıq sahəsi salınıb.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1105 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1092 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1092 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1089 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 990 dəfə oxunub