İlham Əliyev İosif Kobzonun ailəsinə başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev SSRİ-nin xalq artisti İosif Kobzonunvəfat etməsi ilə əlaqədar onun ailəsinə başsağlığı verib.
Mynews.az-ın xəbərinə görə, dövlət başçısının başsağlığı məktubunda bildirilir:
“İosif Davıdoviç Kobzonun vəfatı haqqında xəbər məni dərindən kədərləndirdi.
Sizə, İosif Davıdoviçin bütün doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən dərin hüznlə başsağlığı verirəm.
Ustad müğənni, görkəmli ictimai-siyasi xadim İosif Kobzonun adı sovet və Rusiya mədəniyyətinin şanlı salnaməsinə əbədi daxil olub. Onun yüksək şövqlə oxuduğu mahnılar neçə-neçə nəsillərin qəlbində xüsusi yer tutur.
Çoxşaxəli istedadı, bənzərsiz səsi və fitri musiqi duyumu sayəsində İosif Kobzon bütöv bir dövrün rəmzinə çevrilib. Dövlət Dumasında məsul vəzifə tutarkən o, mədəni irsin qorunub saxlanmasına və zənginləşməsinə fəal kömək edirdi.
İosif Kobzon Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafına, mehriban münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə görə Azərbaycan Respublikasının “Şöhrət” və “Dostluq” ordenləri ilə, həmçinin “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilib.
Bu ağır itki ilə əlaqədar sizin dərdinizə səmimi qəlbdən şərik olduğumu və sizinlə bərabər kədərləndiyimi bildirirəm”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1125 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1113 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1113 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1109 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1003 dəfə oxunub