Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlham Əliyev və Putin sabah Soçidə görüşəcək

Rusiya prezidenti Vladimir Putin sabah Soçidə azərbaycanlı həmkarıİlham Əliyevlə görüşəcək. Görüş zamanı bəzi sənədlərin imzalanması gözlənilir. 

Mynews.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb. 

“Sentyabrın birində Azərbaycan və Rusiya prezidentlərinin görüşü keçiriləcək. Görüşün sonunda hökumətlərarası və idarələrarası sənədlərin imzalanması gözlənilir”, - məlumatda bildirilib. 

Qeyd edilib ki, dövlət başçıları gündəlikdə olan bir sıra mühüm məsələlər, o cümlədən qarşılıqlı faydalı ticarət və iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri, aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...