Mehriban Əliyeva Çinin nümayəndə heyəti ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaavqustun 31-də Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mynews.az-ın məlumatına görə, qonağın Azərbaycana səfərinin uğurlu olacağına əminliyini ifadə edən birinci vitse-prezident Mehriban Əliyeva Li Syaolinin Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri kimi ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə yönələn fəaliyyətinə görə təşəkkürünü bildirib.
Birinci vitse-prezident Çinlə Azərbaycan arasında münasibətlərin dostluq və tərəfdaşlıq üzərində qurulduğunu, qarşılıqlı hörmətə əsaslandığını vurğuladı. Mehriban Əliyeva iki ölkənin müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini bildirdi, siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Heydər Əliyev Fondunun Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası ilə uğurlu əməkdaşlıq etdiyini bildirən Mehriban Əliyeva ötən il iki qurum arasında dostluq və əməkdaşlıq Memorandumunun imzalandığını və bu istiqamətdə artıq işlərin başlandığını diqqətə çatdırıb.
“Bu il Çində yaradılan yay düşərgəsini Azərbaycandan olan uşaqlar da ziyarət etdilər, Çində Azərbaycan mədəniyyət günləri, o cümlədən Azərbaycan sərgiləri təşkil edildi”, - deyən Mehriban Əliyeva gələcək əməkdaşlıq üçün böyük potensialın olduğuna əminliyini ifadə etdi. Birinci vitse-prezident Çinin dünyanın ən güclü iqtisadiyyatlarından birinə malik olduğunu qeyd etdi və bu sahədə birgə fəaliyyət üçün yaxşı imkanların olduğunu söyləyib.
Nəqliyyat sahəsində mövcud olan geniş potensialı qeyd edən Mehriban Əliyeva Azərbaycanın artıq iri mərkəzə çevrildiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə Asiyaya ən qısa yolun çəkildiyini bildirib. Həm Azərbaycanın, həm də Çinin tarixən Böyük İpək Yolu üstündə yerləşdiyini və bunun əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını vurğulayıb.
Bu yaxınlarda Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi dövlət kimi üzv olmaq üçün ərizə təqdim etdiyini, bu ilin may ayında təşkilatın mənzil-qərargahında Azərbaycan mədəniyyət günlərinin uğurla keçirildiyini xatırladan Birinci vitse-prezident ölkəmizə dəstəyə və göstərilən yüksək münasibətə görə təşəkkürünü çatdırıb.
Mehriban Əliyeva Azərbaycanla Çin arasında dostluq körpülərinin yaradıldığını və Li Syaolinin səfərinin yeni tərəfdaşlıq münasibətlərinin qurulmasına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolin Mehriban Əliyeva ilə görüşündən şərəf hissi duyduğunu deyərək, bu görüşün gələcək əməkdaşlığın müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. İlk dəfədir Azərbaycana səfər etdiyini deyən qonaq paytaxtımızın onda dərin təəssürat yaratdığını, Heydər Əliyev Mərkəzi və oradakı sərgilərlə tanışlıqdan məmnunluğunu ifadə edib. Qonaq Heydər Əliyev Fondu ilə əməkdaşlığa görə təşəkkürünü bildirib.
Görüşün sonunda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qonaqlara xatirə hədiyyəsi təqdim edib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1097 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1084 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1084 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1081 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 984 dəfə oxunub