Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kremldən İlham Əliyev və Putin arasındakı görüşlə bağlı - AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək.

Mynews.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə açıqlamasında liderlərin əvvəlcə məhdud tərkibdə, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirəcəyini, sənədlərin imzalanacağını və prezidentlərin mətbuata birgə bəyanatda çıxış edəcəyini bildirib. 

Kremlin mətbuat xidmətindən bildirilib ki, dövlət başçıları gündəlikdə olan bir sıra mühüm məsələlər, o cümlədən qarşılıqlı faydalı ticarət və iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri, aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Sonuncu dəfə Rusiya və Azərbaycan prezidentləri iyunun 13-də Moskvada görüşmüşdü. Həmin vaxt İlham Əliyev futbol üzrə dünya çempionatının açılış mərasimi üçün Moskvaya getmişdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...