Hikmət Hacıyev: İyunda 120 dünya lideri Bakıda toplaşacaq

Azərbaycan üzv dövlət kimi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) 2018-ci ilin ikinci yarsından sədrlik funksiyasını həyata keçirir. Ona görə Azərbaycan bu ilin dekabr ayında bu xətlə QDİƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edəcək.
Mynews.az-ın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN rəsmisi bildirib ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına - dünyanın 120 ölkəsinin təmsil olunduğu bir təşkilata sədrlik funksiyasını yerinə yetirəcək.
“Sədrlik funksiyası çərçivəsində Hərəkatın 18-ci sammiti gələn ilin iyununda Bakı şəhərində keçiriləcək. Bu sammitə 120 ölkənin dövlət və hökumət başçıları qatılacaq. Onu da xatırladım ki, sədrliyə hazırlıq prosesinin tərkib hissəsi kimi bu ilin 2-6 aprel tarixlərində Azərbaycan Hərəkatın xarici işlər nzirlərinin aralıq toplantısına ev sahibliyi etdi, orada yekun bəyanat qəbul olundu.
Nəzərə almaq lazımdır ki, bu Hərəkat BMT-dən sonra dünya dövlətlərinin cəmləşdiyi və çox geniş bir coğrafiyanı əhatə edən ən böyük beynəlxalq formatdır. Azərbaycan bu qurumun üzv dövlətlərindən biri kimi onun ən fəal üzvlərindəndir”, - deyə H.Hacıyev əlavə edib.
Siyasət
- SON DƏQİQƏ: Moskvada tarixi görüş başladı - CANLI YAYIM
- İlham Əliyev, Putin və Paşinyan arasında üçtərəfli danışıqlar aparılacaq
- Prezident: "Biz bu illər ərzində güc toplayırdıq"
- Ərdoğan: “Azərbaycan ərazi bütövlüyünü təmin edib”
- Cəlilabadın sabiq icra başçısı həbs edildi - YENİLƏNİB
- Ərdoğan Bakıda - YENİLƏNİB + VİDEO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- SON DƏQİQƏ: Moskvada tarixi görüş başladı - CANLI YAYIM 938 dəfə oxunub
- İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapıldı - FOTO 925 dəfə oxunub
- Mübariz Mənsimov azadlığa buraxıldı? - Köməkçisindən açıqlama 915 dəfə oxunub
- Azərbaycanda orta aylıq əməkhaqqı artıb 596 dəfə oxunub
- “YAŞAT" Fonduna 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradılıb 578 dəfə oxunub