İlham Əliyev türkdilli dövlətlərin sammitində - FOTO
Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti işə başlayıb.
Mynews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sammitdə iştirak edir.
Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov Sammitdə iştirak edən Azərbaycan prezidenti İlham Əliyevi, Qazaxıstan prezidentiNursultan Nazarbayevi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı, Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovu, Macarıstanın baş naziri Viktor Orbanı qarşılayıb.
Dövlət və hökumət başçıları Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzinin ərazisini gəziblər, burada açıq havada nümayiş etdirilən, qırğız xalqının görkəmli şəxsiyyətlərinin abidələrinə, eləcə də, bu ölkənin tarixini, mədəniyyətini əks etdirən abidələrə baxıblar.
Sonra birgə foto çəkdirilib.
Sammitin açılışında çıxış edən TDƏŞ-in hazırkı sədri, Qazaxıstan prezidenti Nursultan Nazarbayev tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Qırğız Respublikasının prezidentinə minnətdarlığını bildirib.
Prezident Nursultan Nazarbayev deyib ki, VI Sammitdə Özbəkistan və Macarıstanın da iştirak etməsi təşkilatın fəaliyyətinin genişlənməsinin və həmrəyliyin gücləndirilməsinin göstəricisidir. Türk Şurasının fəaliyyətinin güclənməsi ortaya çıxan hədəflərə nail olunmasına mühüm töhfə verəcək.
Sonra Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Azərbaycan prezidenti İlham Əliyev və digər dövlət və hökumət başçıları çıxış ediblər.
Sammit işini davam etdirir.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 982 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 954 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 943 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 943 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 940 dəfə oxunub