Ordumuzun səmti müəyyənetmə yarışları başa çatdı
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsinə dair illik əmrinə əsasən, hərbi qulluqçular arasında təşkil olunan növbəti səmti müəyyənetmə yarışları başa çatıb.
Müdafiə Nazirliyindən Mynews.az-a verilən məlumata görə, ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb edilən komandalar ərazidə səmti müəyyən etmək bacarıqlarını sınayaraq fərdi, qrup və patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparıblar.
Yarışların yekunlarına əsasən keçirilən mükafatladırma mərasimi xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsinin yad edilməsi, Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən polkovnik Sadiq Paşayev bu yarışların hərbi qulluqçuların fiziki cəhətdən möhkəm və güclü olmaları baxımından əhəmiyyətindən danışıb.
Yekun nəticələrə əsasən, Bakı yığma komandası qalib gələrək yarışın kubokunu qazanıb. Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsi ikinci, Beyləqan yığma komandası isə üçüncü yerə layiq görülüb.
Fərdi şəkildə qadın hərbi qulluqçular arasında əsgər Pərvanə Heydərova birinci, çavuş Məryəm Məhərrəmova ikinci, mayor Cəmilə İrəfiyeva üçüncü, kişi hərbi qulluqçular arasında isə kiçik çavuş Dair Cumartov birinci, kiçik çavuş Şabud Şabudov ikinci, gizir Sahil Həşimov üçüncü yerə layiq görülüblər.
Yarışın qalibləri fəxri fərman və medallarla təltif olunublar.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 930 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 570 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 568 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 568 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 562 dəfə oxunub