Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan və Türkiyə arasında hərbi təlimlər başlayır

Azərbaycan və Türkiyə Hava Qüvvələri Komandanlığının təşkil etdiyi “TURAZ şahini – 2018” təlimləri başlayır.

Mynews.az “Milliyət”ə istinadən xəbər verir ki, müştərək təlim bu gün Konya III Ana Jet Hərbi Birliyində baş tutacaq və təlimə iki ölkənin hava qüvvələri qatılacaq.

Bu, Azərbaycan Hava Qüvvələri təyyarələrinin xarici ölkədə qatıldığı ilk hərbi təlim olacaq. Təlim 3-14 sentyabr tarixlərini əhatə edəcək.

Təlimin əsas məqsədi iki ölkə arasında hərbi uçuş təlimlərinin təkmilləşdirilməsi, əməkdaşlığa qatqını təmin etməkdir.

Azərbaycan Hava Qüvvələrinin iki ədəd MİG-29 və üç ədəd Su-25 hücum təyyarələri ilə təlimə qatılacağı bildirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...