Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyə Gəncəyə yeni konsul göndərdi

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərinə təyin edilmiş yeni baş konsulu Zəki Öztürkü qəbul etdi.

XİN-dən Mynews.az-a verilən xəbərə görə, görüş əsnasında Zəki Öztürk baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim etdi. Pərvin Mirzəzadə Zəki Öztürkə gələcək fəaliyyətində uğurlar arzu etdi.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin daha da inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...