Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlham Əliyev Xorvatiyada - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Mynews.az-ın məlumatına görə, görüş sentyabrın 6-da dövlət başçıları arasında təkbətək görüş başa çatandan sonra həyata keçirilib.

12:51

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.

Mynews.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfərinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

12:15

Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sentyabrın 6-da rəsmi qarşılanma mərasimi olub.

Mynews.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-KitaroviçAzərbaycan Respublikasının prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və Xorvatiyanın dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycan prezidenti İlham Əliyev Xorvatiya əsgərlərini salamlayıb.

Xorvatiyanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri prezident Kolinda Qrabar-Kitaroviçə təqdim olunub. Prezidentlər birgə foto çəkdiriblər.

05.09.2018, 21:26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Xorvatiya Respublikasına rəsmi səfərə gedib.

Mynews.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Zaqreb şəhərinin “Franyo Tucman” aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

“Franyo Tucman” aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Xorvatiya Prezidenti ofisinin rəhbəri xanım Anamariya Kiriniç və digər rəsmi şəxslər qarşılayıblar.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...