Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lukaşenko: Bizdə Azərbaycandakı qədər pul yoxdur

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün baş nazir Sergey Rumasla Minskdə keçiriləcək II Avropa Oyunlarına hazırlıq məsələsini müzakirə edib. 

Mynews.az “Telegraf.by”a istinadla xəbər verir ki, onun sözlərinə görə, sentyabrın 4-də Avropa Olimpiya Komitəsinin prezidenti Yanez Koçiyançiçlə görüşüb və turnirin problemlərini müzakirə edib. 

“Azərbaycan bu çempionata çoxlu maliyyə ayırdı. Biz böyük xərclərdən qaçmalıyıq (Bizdə bu qədər pul yoxdur)”, - prezident bildirib. 

Onun fikrincə, Minskdəki Avropa Oyunları “öz ucuzluğu, dövlətimizin və xalqımızın açıqlığı ilə seçilməlidir”. 

Sergey Rumasın Belarus Futbol Federasiyasına rəhbərlik etdiyini nəzərə alaraq, Aleksandr Lukaşenko bu sahədəki vəziyyətlə də maraqlanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...