Hərbi hissələrə odun verilməsinə başlanıldı
"Bu il köküstə qurumuş, inkişafdan qalmış, xəstə ağaclar və meşələrin tör-töküntüdən təmizlənməsi hesabına 51 min kubmetrə yaxın odun tədarükü proqnozlaşdırılıb və hazırda hərbi hissələrə, sərhəd qoşunlarına odun verilməsinə başlanılıb, bu istiqamətdə işlər davam etdirilir".
Mynews.az xəbər verir ki, bunu "Report"a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan meşələri faydalı funksiyalarına görə birinci qrupa aid edildiyindən meşələrdə sənaye əhəmiyyətli qırıntılar aparılması qadağan olunub: "Yalnız meşəyə qulluq məqsədilə köküstə qurumuş, inkişafdan qalmış, xəstə və meşə ərazilərində yıxılmış ağaclar hesabına məhdud miqdarda yanacaq odunu tədarük edilir. Bu oduncaq, ilk növbədə, Müdafiə Nazirliyinin hərbi hissələrinə, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarına, Daxili İşlər Nazirliyinin daxili qoşun hissələrinə, təhsil və səhiyyə müəssisələrinə, imtiyazlı şəxslərə və qazlaşdırılmayan kəndlərdəki əhaliyə mövcud qanunvericilik əsasında dəyəri ödənilməklə verilir".
Nazir müavini bildirib ki, nazirlik tərəfindən əhalinin yanacaq odununa olan tələbatı nəzərə alınaraq odun tədarükü nəzərdə tutulub və bu barədə Regional meşə təsərrüfatı mərkəzlərinə müvafiq tapşırıqlar verilib: "Hazırda rayon icra hakimiyyətlərinin bölgüsü əsasında təhsil və səhiyyə müəssisələrinə, həmçinin qazlaşdırılmayan kənd əhalisinə odun verilir".
F.Əliyev görülən işlərin nəticəsində milli sərvətimiz olan meşələrə yanacaq mənbəyi kimi baxılması hallarının aradan qalxacağına ümüd etdiklərini bildirib: "Meşələrə zərər vurmadan davamlı və dayanıqlı istifadə etməklə artırılması, keyfiyyətinin yaxşılaşdırılması olduqca vacibdir. Xüsusi ilə qeyd etməliyik ki, hazırda tədarük edə biləcəyimiz oduncağın həcmi, mövcud təlabatın çox cuzi bir hissəsini təşkil edir. Ona görə də qış aylarında alternativ yanacaq növlərindən (daş kömür, soba yanacağı və s) istifadə meşələrin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşmasında və gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynaya bilər. Ümid edirik ki, hər bir Azərbaycan vətəndaşı bu haqda düşünəcək".
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 948 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 920 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 912 dəfə oxunub