Zakir Həsənovdan mühüm TAPŞIRIQ
Əsgərlərin psixoloji vəziyyəti yoxlanılırMüdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, nazirliyin Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların iştirakı ilə psixoloji işin təşkilinə dair tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən Mynews.az-a verilən məlumata görə, hərbi hissələrin psixoloqları ilə "Hərbi qulluqçunun fərdi - psixoloji xüsusiyyətlərinin öyrənilməsi" mövzusunda keçirilən təlim-metodiki məşğələlərdə xidmətə yeni çağırılan və döyüş növbətçiliyinə yeni cəlb olunan hərbi qulluqçuların uyğunlaşma dövrünə xüsusi diqqətin yetirilməsi qeyd olunub, eləcə də hərbçilərə fərdi- psixoloji işə dair təlimat və tövsiyələr verilib.
Bundan əlavə, "Hərbi hissələrdə psixoloji işin təşkili və aparılması", "Hərbi kollektivlərdə sosial psixoloji proseslərin öyrənilməsi" və "Hərbi qulluqçularla iş zamanı psixoloji amillərin rolu" mövzularında seminar məşğələlər keçirilib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 571 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 560 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 556 dəfə oxunub