Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zaxarova: Rusiya ilə Azərbaycan arasında yeni razılaşmalar hazırlanır

Azərbaycan-Rusiya regionlararası əlaqələrinin vacib elementlərindən biri Rusiya Federasiyasının subyektlərinin Azərbaycan Respublikası ilə çoxtərəfli əməkdaşlığıdır.

Mynews.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. 

“Əməkdaşlıq Azərbaycan hökuməti ilə Rusiya regionlarının nümayəndələri arasında bağlanmış saziş əsasında inkişaf edir. Hazırda 17 belə saziş icra olunur, yeniləri isə hazırlanır”, - Zaxarova bildirib. 

O əlavə edib ki, Bakıda bir sıra Rusiya regionlarının nümayəndəliklərinin, ticarət evlərinin, biznes strukturlarının və regional aviaşirkətlərin nümayəndəliklərinin olması Rusiya ilə Azərbaycan arasında regionlararası əlaqələrin effektivliyini göstərir.

“Öz növbəsində, azərbaycanlı iş adamları “Yessentuki” sanatoriya-kurort mərkəzinin, o cümlədən Krasnodar diyarında qida məhsullarının istehsalı üzrə zavodun tikintisinə sərmayə qoyublar. Hazırda Kabardin-Balkarda, Dağıstanda layihələr həyata keçirilir”, - XİN rəsmisi qeyd edib. 

M.Zaxarova xatırladıb ki, hər il keçirilən Rusiya-Azərbaycan regionlararası forumu yeni əməkdaşlıq layihələrinin hazırlanmasının müzakirəsi üçün platformadır.

“İndi növbəti, sayca doqquzcu belə forum hazırlanır”, - o bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...