Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hərbi qulluqçulara tütünlə bağlı qadağaların əhatəsi genişləndirilir

Sentyabrın 7-də Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il payız sessiyası ilə bağlı parlamentin ilk komitə iclası keçirilib.

Mynews.az-ın xəbərinə görə, ilk iclas keçirən komitə birinci vitse-spikerZiyafət Əsgərovun sədrlik etdiyi MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi olub.

İclasda “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” layihəsi müzakirəyə çıxarılıb.

O qeyd edib ki, hər bir qanuna edilən dəyişikliklər böyük əhəmiyyət kəsb edir və Azərbaycanın dövlətçilik maraqlarına xidmət edir.

Adıçəkilən komitənin sədr müavini Aydın Mirzəzadə isə Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan müdafiə, ordu quruculuğu sahəsində böyük və uğurlu addımlar atır.

Onun sözlərinə görə, bu məsələlərdə qonşu və müttəfiqlik münasibətlərində olduğu dövlətlərlə - Türkiyə və Gürcüstanla əməkdaşlıq edir və bu əlaqələr də gündən-günə güclənir.

“Hesab edirəm ki, bu, çox vacibdir və hər üç dövlətin milli və dövlətçilik maraqlarına xidmət edir. Azərbaycan qardaş Türkiyə və yaxın qonşumuz olan dost Gürcüstanla hər bir sahədə olduğu kimi, müdafiə sahəsində əməkdaşlığa daim önəm verir. Məhz bu səbəndəndir ki, adıçəkilən ölkələrlə bu sahədə ikitərəfli və üçtərəfli  sazişlər imzalanıb. İndi isə onların parlamentdə ratifikasiyasi istənilir. Biz də həmin sənədlərə baxaraq, onların ratifikasiya olunması üçün payız sessiyasının plenar iclasına tövsiyə etdik”, - deyə A.Mirzəzadə əlavə edib.

Onu da qeyd edək ki, “Silahlı Qüvvələrin Daxili xidmət” nizamnaməsinə təklif olunan dəyişikliklərdə isə “Hərbi qulluqçulara əllərini cibində saxlamaq, həmçinin rəisin və ya böyüyün icazəsi olmadan onların yanında oturmaq və ya papiros çəkmək qadağandır” ifadəsində “papiros” sözü “tütün” sözü ilə əvəz edilərək məhdudiyyətin əhatə dairəsi daha da genişləndirilir. 

Belə ki, qadağa təkcə papirosa yox, digər tütün vasitələrinə də şamil edilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...