Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

XİN-dən Paşinyanın avantürasına sərt cavab

Bu kimi açıqlamalar danışıqlar prosesinə ciddi zərbədir. Ermənistanın əsl xislətini nümayiş etdirir.

Mynews.az-ın bunu Oxu.Az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Nikol Paşinyanın son sözləri baş nazir səviyyəsində bu ölkənin Azərbaycanın işğal edilmiş ərazilərinin ilhaqı siyasətini yürütdüyünü göstərir. 

“Bu, beynəlxalq hüquqa və BMT TŞ-nın qətnamələrinə hörmətsizlikdir.

Vəziyyətin gərginləşməsinə xidmət edən bu açıqlamaya görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”, - deyə XİN rəsmisi əlavə edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...