Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

XİN rəsmisi ÜST-in yeni nümayəndəsini qəbul edib

Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikası üzrə yeni nümayəndəsi dr. Hande Harmancını qəbul edib.

Nazirlikdən Mynews.az-a verilən məlumata görə, görüş əsnasında H.Harmancı təyinatı ilə əlaqədar etimadnaməsini Pərvin Mirzəzadəyə təqdim edib. 

O, fəaliyyəti dövründə Azərbaycanla ÜST arasında münasibətlərin inkişafı üçün səylə çalışacağını diqqətə çatdırıb. 

P.Mirzəzadə H.Harmancıya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...