Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Oqtay Əsədov ATƏT-in baş katibinə Minsk qrupundan şikayətləndi

Milli Məclisin (MM) sədri Oqtay Əsədov sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qremingerlə görüşüb.

Mynews.az-ın xəbərinə görə, O.Əsədov ATƏT-in baş katibinin ölkəmizə səfərinin əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.  

Azərbaycanla ATƏT arasındakı münasibətlərdən danışan MM-in sədri ölkəmizin 25 ildən artıqdır qurumla uğurlu əməkdaşlıq etdiyini bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi və onun həlli ilə bağlı danışıqlar prosesi barədə məlumat verən O. Əsədov bildirib ki, ATƏT-in Minsk qrupu indiyənədək işğalçı dövlətə qarşı hansısa bir tədbir görməyib:

“Bu da Minsk qrupuna olan inamı azaldır. Bütün bunlara baxmayaraq, Azərbaycan Minsk qrupunun danışıqlarına nikbin baxır”. 

MM-in sədri ATƏT-in Ermənistan-Azərbaycan  münaqişəsinin sülh yolu ilə həllinə dəstək göstərəcəyinə əminliyini ifadə edib.

O. Əsədov qeyd edib ki, Azərbaycan regionda həyata keçirilən enerji layihələri çərçivəsində böyük uğurlar qazanıb:

“Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır”.

ATƏT-in baş katibi Tomas Qreminger isə Azərbaycana səfəri barədə məlumat verib, ilk dəfə ölkəmizə altı il bundan əvvəl gəldiyini deyib. 

O bildirib ki, səfərin əsas məqsədi Azərbaycanla ATƏT arasında münasibətləri dərinləşdirməkdən ibarətdir.

Qeyd edib ki, Azərbaycanla ATƏT arasında münasibətlərin inkişafının davam etməsi üçün müəyyən imkanlar mövcuddur:

“Potensial imkanlardan istifadə etməklə Azərbaycanla ATƏT arasında əməkdaşlığı daha da möhkəmləndirmək mümkündür”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...