Siyavuş Novruzov: Qarabağ məsələsində yekdil mövqedəyik
Azərbaycanın Şərqdə ilk demokratik respublika qurub, böyük parlamentarizm ənənələrinə malikdir. Bu günlərdə Azərbaycan Parlamentinin yaranmasının 100 ili tamam olacaq.
Mynews.az-ın xəbərinə görə, bunu Milli Məclisdə (MM) təşkil edilən “Siyasi plüralizm və parlament təcrübəsi” adlı dəyirmi masada parlamentin Dini qurumlar və ictimail birliklər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O, hazırda Azərbaycanda seçki sisteminin majoritar qaydada olduğunu deyib:
“Qanunvericiliyə uyğun olaraq, bitərəflər də fərdi qaydada öz namizədliyini irəli sürə bilər. Bu gün 68 nəfər parlament üzvü ilə Yeni Azərbaycan Partiyası parlamentdə çoxluq təşkil edir. Mən on il ərzində partiyanın ilk Gənclər Birliyinin sədri olmuşam. Gələn il də Gənclər Birliyində yeni tərkibin seçilməsi nəzərdə tutulub və bununla bağlı işlər gedir”.
Parlamentin strukturu barədə məlumat verən S.Novruzov komitələrin iş prinsipi barədə fikirlərini diqqətə çatdırıb:
“Azərbaycan parlamenti bir çox beynəlxalq təşkilatın üzvüdür. Bu cür qarşılıqlı əlaqələr Azərbaycanda qanunvericilik təşəbbüsünün təkmilləşdirilməsinə xidmət göstərir. Bu gün keçirilən görüşün fikir mübadiləsi baxımından maraqlı olacağını düşünürəm. Onu da qeyd edim ki, hər birinizin məlumatlı olduğu və bizim ağrılı yerimiz olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün parlamentin mövqeyi yekdildir. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.
İşğal altında olan torpaqlarımızın geri qaytarılması üçün parlament də öz fəaliyyətini göstərir. Təbii ki, parlamentdə bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri məsələnin sülh yolu ilə, bəziləri isə müharibə yolu ilə həllinə dair fikirlər söyləyir. Ancaq əsas məqsədimiz odur ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və bir milyondan artıq qaçqın öz yurduna qaytarılmalıdır”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 977 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 944 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 934 dəfə oxunub