Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Müdafiə Nazirliyi Paşinyana: Azərbaycan ordusu heç bir itki verməyib

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın guya son üç gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən üç Azərbaycan əsgərinin öldürülməsi barədə dediklərinə münasibət bildirib. 

Nazirlikdən Mynews.az-a bildirilib ki, xaosun hökm sürdüyü Ermənistanda, həmişə olduğu kimi, bu dəfə də ölkənin hərbi rəhbərliyi baş naziri aldadaraq, ona yalan məlumat verib. 

“Ermənistanın baş naziri isə yalan məlumatlardan belə yararlanaraq, onları böyük həvəslə öz xalqına çatdırmaqla ictimaiyyətin diqqətini apardığı uğursuz siyasətindən yayındırmağa çalışır”, - deyə məlumatda qeyd olunur.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri heç bir döyüş itkisi verməyib və cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...