Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İsrail səfiri Rusiya XİN-ə çağırıldı

İsrailin Moskvadakı səfiri Suriyada Rusiyaya məxsus İl-20 təyyarəsinin vurulması ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.

Mynews.az xəbər verir ki, bu barədə Rusiya XİN-dən informasiya yayılıb.

“Qarışıq vəziyyətlə əlaqədar olaraq, İsrail səfiri XİN-ə çağırılıb”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, Rusiyanın İl-20 hərbi təyyarəsini Suriyanın hökumət qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemləri vurub. Rusiya bunda Suriyanın vuran İsrail qırıcılarının Rusiya təyyarəsinin yaxınlığında “gizlənməsini” səbəb kimi göstərib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...