Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elmar Məmmədyarov Nyu-Yorka getdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Mynews.az-a XİN-in mətbuat xidmətindən məlumat verilib. 

Qeyd olunub ki, səfər çərçivəsində E.Məmmədyarovun BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışı, BMT-nin cari sessiyasının gündəliyinin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirakı və ikitərəfli əsasda çoxsaylı görüşləri nəzərdə tutulub. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...