Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

KTMT niyə Ermənistana kömək etməyəcək? - ŞƏRH

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun təşkilatın Qarabağ məsələsində Ermənistanın tərəfində durmayacağı ilə bağlı söylədiyi fikirlər Ermənistanda geniş müzakirələrə səbəb olub. 

Burada məntiqi sual yaranır: əgər bu alyansın konkret nizamnaməsi olduğu halda, niyə yerevanlılar təəccüblənir?

Mynews.az xəbər verir ki, Azərbaycanlı politoloq Arzu Nağıyev Oxu.Az-a açıqlamasında deyib ki, bunlar Ermənistan rəhbərliyinin siyasi oyunudur. 

“Yerevanda deyirlər ki, guya Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejimini pozur. Ancaq həqiqətdə isə Azərbaycan ordusu erməni tərəfinin təmas xəttindəki təxribatlarının qarşısını alır”, - ekspert Oxu.Az-ın müxbiri ilə söhbətində deyib. 

Müsahibimiz bildirib ki, Yerevan başa düşməlidir ki, heç bir beynəlxalq təşkilat, o cümlədən KTMT işğalçıları dəstəkləməyəcək. 

“KTMT-də başa düşürlər ki, Azərbaycan torpaqları işğal edilib. Azərbaycan Ermənistandan fərqli olaraq, bu təşkilata üzv olmasa da, onun mövqeyi daha inandırıcıdır.

Yerevana elə gəlir ki, onların Dağlıq Qarabağda və Naxçıvandakı təxribat xarakterli fəaliyyətindən heç kimin xəbəri yoxdur. Ancaq beynəlxalq təşkilatların analoji bəyanatları onların qol-qanadını kəsir”, - Nağıyev əlavə edib. 

Xatırladaq ki, KTMT Ermənistanın tərəfində durmaqdan imtina edib. KTMT birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov deyib ki, bu gün münaqişə tərəfləri bu məsələni özləri həll etməlidirlər:

“Bu şərtlər altında KTMT-nin güc tətbiqindən söhbət gedə bilməz”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...