"2019-cu il büdcə layihəsi qlobal maliyyə-iqtisadi proseslər nəzərə alınmaqla tərtib edilib" - FOTOLAR
Sentyabrın 24-də Azərbaycanın Baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”na uyğun olaraq, Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
Mynews.az-ın məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.
Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin ölkəmizin dinamik inkişafına rəvac verdiyini vurğulayan Baş nazir N.Məmmədov bu baxımdan gələn ilin dövlət büdcəsinin layihəsinin də əldə olunan nailiyyətlər zəminində, habelə dünyada gedən qlobal maliyyə-iqtisadi proseslər nəzərə alınmaqla tərtib edildiyini bildirib.
O qeyd edib ki, layihənin hazırlanmasında dövlət büdcəsinin hər zamankı kimi sosial yönümlü olması, əhalinin maddi rifahının daim yüksəldilməsi əsas götürülüb, xüsusilə qeyri-neft sektorunun inkişafına dəstək verilməsi, dövlətin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq müstəvidə nüfuzunun daha da artırılması kimi mühüm amillərə diqqət yetirilib.
Sonra gündəlikdə duran məsələlərə dair Azərbaycan maliyyə nazirinin və iqtisadiyyat nazirinin müavininin məruzələri dinlənilib.
Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrdən sonra qərara alınıb ki, təqdim olunan büdcə layihələri bəyənilsin və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusu Azərbaycan Prezidentinə təqdim edilsin.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 944 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 916 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 908 dəfə oxunub