İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Xüsusi Olimpiya Komitəsinin sədri Timoti Şriverin başçılıq etdiyi və dünya şöhrətli idmançılar Bart Konner, Nadya Komaniç və Vladimir Qribiçin daxil olduğu nümayəndə heyətini qəbul edib.
Mynews.az xəbər verir ki, dövlət başçısı Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumunun Azərbaycanda təşkilindən məmnunluğunu ifadə edib və qonaqların ölkəmizlə yaxından tanış olması üçün bu tədbirin yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.
Nümayəndə heyətinin üzvləri ölkəmizdə gedən inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını vurğulayıblar və təbriklərini çatdırıblar. Xüsusi Olimpiya Hərəkatının 50 illik tarixə malik olduğunu və dünyanın 172 ölkəsini əhatə etdiyini deyən Timoti Şriver Xüsusi Olimpiya Hərəkatının 50-ci ildönümünə həsr olunan Forumun Bakıda təşkil edilməsinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına, o cümlədən Formula-1 və hazırda Bakıda keçirilən cüdo üzrə dünya çempionatına və eləcə də digər mühüm yarışlara ev sahibliyi etməsini yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Xüsusi Olimpiya Hərəkatına və Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumuna ölkəmizin verdiyi töhfədən məmnunluğunu bildirib, Xüsusi Olimpiya Hərəkatının 50 illiyi və əldə olunan nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı bütün dünyanı əhatə edən və özündə 5 milyona yaxın insanı birləşdirən bu hərəkatın əqli və fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiya olunması işinə verdiyi dəstəyin önəmini qeyd edib və Azərbaycanda bu istiqamətdə mühüm tədbirlərin, o cümlədən bir sıra sosial proqramların həyata keçirildiyini vurğulayıb.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 923 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 905 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 596 dəfə oxunub