Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ATƏT Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 26-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Gədəbəy rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə Mynews.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçiriblər.
Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru aparıblar. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...