Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elmar Məmmədyarov önəmli görüş keçirdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useyminlə görüşüb.

XİN-dən Mynews.az-a verilən məlumata görə, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub. 

Tərəflər arasında İƏT-Azərbaycan əlaqələri və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas qrupu və bu çərçivədə görüləcək tədbirlər, habelə İƏT-in dünyada sülh və təhlükəsizliyin qorunmasında BMT-nin strateji tərəfdaşı kimi rolunun artması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...