Nyu-Yorkda Xəzər Biznes Forumu keçirilib
Nyu-Yorkun Harvard Klubunda Transxəzər ölkələrinin nümayəndələrinin, ABŞ-ın dövlət rəsmilərinin və işgüzar dairələrinin iştirakı ilə Xəzər Biznes Forumu keçirilib.
Xarici İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, Xəzər Siyasət Mərkəzi, ABŞ Ticarət Palatası, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Əfqanıstanın bu ölkədəki səfirlikləri tərəfindən birgə təşkil edilmiş forumda Transxəzər regionunun iqtisadi inkişafının və sərmayə potensialının gücləndirilməsi üçün imkanlar, bölgədə həyata keçirilən irimiqyaslı layihələr və gələcək əməkdaşlıq perspektivləri, həmçinin ABŞ və iştirakçı ölkələr arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi və ABŞ şirkətləri ilə yeni tərəfdaşlıq imkanları müzakirə olunub.
Forumda çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın regionda lider dövlət olduğunu, ölkə rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində indiyədək həyata keçirilmiş və hazırda reallaşdırılan enerji və nəqliyyat bağlantıları layihələrinin, xüsusilə dünyanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin bölgənin, həmçinin qitənin dayanıqlı inkişafına və iqtisadi yüksəlişinə əvəzsiz töhfə verdiyini qeyd edib. Eyni zamanda, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, o cümlədən qeyri-neft sektorunun inkişafı və biznes mühitinin stimullaşdırılması istiqamətində həyata keçirilən struktur islahatlar barədə məlumat verən E.Məmmədyarov biznes strukturlarını ölkəmizdəki mövcud imkanlardan fəal yararlanmağa dəvət edib.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının davam etdiyini vurğulayan nazir sözügedən işğalın regional təhlükəsizliyə və sabitliyə təhdid olmaqla tammiqyaslı regional əməkdaşlığa maneə törətdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə keçirilən Xəzər Biznes Forumu 2016-cı ildən etibarən hər il ABŞ-da təşkil olunur.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 576 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 565 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 560 dəfə oxunub