Prezidentlər yenidən bir araya gəldi - FOTOLAR
Sentyabrın 28-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü olub.
Mynews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkdirdilər.
Sonra görüşdə iştirak edən dövlət başçıları birgə foto çəkdirdilər.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon çıxış edərək ölkəsinin MDB-yə sədrliyi dövründə görülən işlərdən danışdı. Bildirdi ki, MDB-yə üzv ölkələrin birgə fəaliyyəti nəticəsində demək olar bütün sahələri əhatə edən əməkdaşlığa dair sənədlər hazırlanıb. Tacikistanın MDB-yə sədrliyi dövründə 40-a yaxın iclas keçirilib, əməkdaşlığın genişləndirilməsi, terrorizm və ekstremizmlə, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya ilə mübarizə və s. məsələlər geniş müzakirə olunub. Həmçinin iqtisadi sahədə də səmərəli əməkdaşlıq olub.
Sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev gündəlikdəki məsələlər barədə məlumat verdi.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 930 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 577 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 569 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 569 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 564 dəfə oxunub