"Bir daha təsdiq edildi ki, Ermənistan münaqişə tərəfidir, danışıqlar da onunla davam etdiriləcək" - RƏY
Düşənbədə MDB Sammiti çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı söhbətin ardınca qarşı tərəfin Dağlıq Qarabağ münaqişəsi ətrafında səsləndirdiyi aşırı bəyanatlara və kəskin ritorikalara son qoyulmuş oldu. Mynews.az-ın məlumatına görə, bunu Trend-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən məsələyə münasibətini açıqlayarkən deyib.
Onun sözlərinə görə, eyni zamanda, Ermənistan tərəfindən danışıqlar prosesinin formatının dəyişdirilməsi, yəni Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin də bu danışıqlara cəlb edilməsi iddiası aradan qaldırıldı: “O cümlədən, bu amil bir daha təsdiq etdi ki, Ermənistan münaqişə tərəfidir, gələcəkdə aparılacaq danışıqlar da onunla davam etdiriləcək. Məhz bu yolla normal danışıqlar prosedurunu qurmaq, nəticələr əldə etmək mümkündür”.
Ekspert digər bir mühüm məsələyə də toxunaraq, təmas xəttində və Ermənistanla sərhəddə insidentlərin qarşısının alınması üçün operativ əlaqə mexanizmlərinin yaradılması barədə qəbul edilən qərarın münaqişənin tənzimlənməsi istiqamətində rol alacağını deyib: “Əlbəttə ki, bu anlaşma məhz Prezident İlham Əliyevin apardığı səlis diplomatik siyasətin uğurlu göstəricisidir və tərəflər arasında qəbul ediləcək növbəti qərarlar münaqişənin sülh yolu ilə tənzimlənməsinə öz töhfələrini verə bilər. Çünki görünən də budur ki, artıq Ermənistan tərəfi də danışıqların əvvəlki mövqeyinə qayıtmaq istəyində olduğunu göstərməkdədir”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1101 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1088 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1088 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1085 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 987 dəfə oxunub