Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Paşinyan üçün sınaq - GERİYƏ SAYIM

Ermənistan baş naziri Nikol Paşinyan “DQR” separatçılarını danışıqlar prosesinə üçüncü tərəf kimi cəlb etməklə özünü küncə sıxışdırıb. 

Mynews.az-ın məlumatına görə. bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Əhmədovdeyib. 

Onun sözlərinə görə, məhz erməni lider Düşənbədə keçirilən MDB ölkələrinin dövlət başçılarının sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə söhbətin təşəbbüskarı olub. 

“Bu təsdiq edir ki, Paşinyan danışıqlar prosesinin formatının dəyişməz olduğunu və danışıqların münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında aparıldığını anlayır. Erməni liderin Yerevana qayıtmasından dərhal sonra Düşənbədəki danışıqla bağlı Qarabağ separatçılarının lideri Bako Saakyanı məlumatlandırması isə sifətini qoruyub-saxlamaq cəhdidir”, - Məmmədov bildirib. 

Müsahibimizin sözlərinə görə, “atəşkəs rejiminə əməl olunması üçün” Bakı və Yerevan arasında operativ əlaqənin qurulması isə Paşinyan üçün yoxlanış ola bilər. 

“Bu, Paşinyana qoşunların təmas xəttindəki vəziyyətlə bağlı nə qədər informasiyaya sahib olmaqda, eləcə də, Qarabağda “hakimiyyətdə” oturanların kimliyini anlamaqda yardımçı olacaq. Bakıya gəlincə, bu saziş növbəti dəfə Azərbaycanın konstruktiv siyasətini göstərir”, - Məmmədov deyib. 

O qeyd edib ki, İlham Əliyevlə söhbət Paşinyanın üzərinə böyük məsuliyyət qoyub. 

“Əgər erməni silahlı qüvvələri tərəfindən təmas xəttində növbəti təxribat zamanı Yerevan Bakının ünvanına məzəmmətlər və ya bəhanələr səsləndirsə, onda vəziyyət, həqiqətən də, gərginləşəcək”, - SAM sədri bildirib. 

Ekspertin fikrincə, Paşinyan üçün dalandan çıxmaq üçün yol axtarmaq vaxtı çatıb. 

“Bununla da, yaxın bir neçə gündə və ya maksimum həftə ərzində Paşinyanın öz fikirlərinə və razılaşmalarına nə qədər ciddi yanaşdığı aydınlaşacaq”, - Məmmədov əlavə edib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...