Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Paşinyan növbədənkənar seçkilərin vaxtını açıqladı

Ermənistanda növbədənkənar parlament seçkiləri 2018-ci ilin dekabrında keçiriləcək. 

Mynews.az Oxu.Az-a istinadla xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyan deyib. 

Ermənistan baş naziri parlamentin spikeri Ara Baloyan və Respublika partiyasının parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdarasyanla görüşünün nəticələri ilə bağlı bəyanat verib. 

Nikol Paşinyan vəd edib ki, yaxın zamanlarda Ermənistandakı daxili siyasi vəziyyətlə bağlı bəyanat verəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...